Cümə, 1 Avqust, 2025

Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 25 Oktyabr, 2021 - 08:36
Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası

LANDAU School-da Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası! Vəzifə öhdəlikləri: • Aylıq, rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası. • Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib onların təhlili və qiymətləndirilməsi üçün töhfələrin verilməsi. • Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi. • Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili. • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak. • Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak. Tələblər: • Maliyyə / Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi. • ACCA F3 və F9 sertifikatı. • Səlis Excel istifadəçisi. • Minimum 3 il peşəkar təcrübə. • Böyük 4-lük audit şirkətlərində təcrübə arzuolunandır. • Maliyyə hesabatların təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları. • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq. • Rus və ingilis dillərinin mükəmməl biliyi üstünlükdür. İş şəraiti: İş saatları: 1-5 günlər saat 09:00-18:00. Maaş: razılaşma əsasında. Siz də DreamTeam-imizin bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi "Maliyyə analitikası üzrə baş mütəxəssis" başlığı ilə "[email protected]" elektron poçt ünvanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 293
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 897
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 817
Azərbaycan Texnologi...