Cümə, 18 İyul, 2025

Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsində mütəxəssis/baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 16 Fevral, 2022 - 15:19
Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsində mütəxəssis/baş mütəxəssis vakansiyası

Bank Respublika ASC Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:

  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün strategiyasının qiymətləndirilməsi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak;
  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurların müəyyənləşdirilməsində iştirak;
  • Bazar riskləri üzrə stress testlərin aparılması, Riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
  • Bank sektoruna makroiqtisadi faktorların təsirinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2022-ci il tarixinədək email-in mövzu hissəsində Maliyyə və bazar risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 224
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 157
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 469
Bağçada tərbiyəçi-mü...