Bazar ertəsi, 23 İyun, 2025

Marketinq Menecer vakansiyası


  • Dərc edildi: 18 İyun, 2025 - 12:55
Marketinq Menecer vakansiyası

Marketinq Menecer vakansiyası

Vəzifə öhdəlikləri:

Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;

Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;

Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;

Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;

Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;

Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;

Tələb olunan məhsul və ya xidmətlərin növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;

Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;

Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;

Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.

Namizədlərə tələblər:

Ali təhsil; 

Marketinq sahəsində min. 5 il iş təcrübəsi;

MS Office proqramlarında işləmə bacarığı;

Azərbaycan və Rus dillərini bilməli, İngilis dilinin bilməsi üstünlükdür;

Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;

Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;

Stres altında işləmə qabiliyyəti;

Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;

Fəal və işə planlı yanaşma;

Qərarvermə qabiliyyəti.

Şərtlər:

Həftədə 6 gün iş gün

Bazar: istirahət günü

Nahar şirkət tərəfindən təmin edilir

Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

Karyera yüksəlişi imkanı;

Korporativ mobil nömrə

 Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketing Manager" qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya (055) 500-32-07 / (055) 500-32-09 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 115
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 761
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 183
Sertifikatlaşdırmada...