Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
Müsabiqədə iştirak üçün əsas tələblər:
Musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili.
Qeydiyyat müddəti:
Namizədlər 26 avqust 2025-ci il, saat 12:00-dan
05 sentyabr 2025-ci il, saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/a7DQ2V8an1UmxxT98
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarət olacaqdır.
Müsahibə zamanı komissiya tərəfindən namizədlərin:
şəxsi keyfiyyətləri,
psixoloji hazırlığı,
vəzifəyə dair nəzəri və praktiki bilikləri qiymətləndiriləcəkdir.
Əlavə olaraq, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaqdır.
Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yerlər üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcəkdir.
Üstünlük veriləcək hallar (eyni vakant yer üzrə bir neçə namizəd uğur qazandıqda):
1. Şəhid ailəsinin üzvü olmaq;
2. Həyat yoldaşının və ya özünün Vətən müharibəsi iştirakçısı olması;
3. Təhsil səviyyəsi;
4. Pedaqoji staj.
Vakansiyaların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: LİNK