Cümə axşamı, 4 Sentyabr, 2025

“Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunur


  • Dərc edildi: 23 Avqust, 2021 - 12:00
“Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunur

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESIAC-2021” mövzusunda oktyabrın 20-21-də keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbul olunur. UniversitetdənAZƏRTAC-a bildirilib ki, konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edir. Konfransda yerli universitet və təşkilatlarla bərabər, bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) ali təhsil müəssisələri və qurumların nümayəndələrinin də iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq. Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşməsi gözlənilir. Məqalələr oktyabrın 5-də[email protected] ünvanına göndərilə bilər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...