Çərşənbə, 4 İyun, 2025

"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edir


  • Dərc edildi: 13 May, 2022 - 09:31
"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edir

"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edir

Mayın 17-də "Microsoft" şirkəti tərəfindən azərbaycanlı müəllimlər üçün “Windows-un müasir versiyalarında tədris alətləri“ mövzusunda təlim təşkil ediləcək.   Təlim şirkətin “Windows” və “Microsoft Office” kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən aparılacaq. Marat Xayrulin eyni zamanda “Microsoft Inclusive Tools” təlim kursunun və “İnklüziv Alətlər Kataloqu"nun müəlliflərindən biridir.   Təlim çərçivəsində “Windows 10” və “Windows 11” sistemlərində müəllimin işini daha səmərəli və asanlaşdıracaq, daha yaradıcı təlim materiallarının yaradılmasına kömək edəcək alətlər barədə, eləcə də inklüziv təhsil imkanlarından danışılacaq. Təlim müddətində müəllimlər alətlərin canlı nümayişini izləmək və faydalı materiallar əldə etmək imkanı əldə edəcəklər.   Təlimdə iştirak etmək istəyənlər aşağıdakı linkə keçid edərək müraciət edə bilərlər:https://forms.office.com/r/k5nnQRgzbB   Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə "Virtual məktəb" platforması üzərindən onlayn təşkil edilmişdi.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...