Şənbə, 26 İyul, 2025

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib


  • Dərc edildi: 14 İyun, 2022 - 18:26
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli məclisin millət vəkili Bəhruz Məhərrəmov, təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyiblər. Həmçinin qeyd olunub ki, bu il təhsil kompleksini bitirən 21 məzun yüksək nəticələr əldə edib. Vurğulanıb ki, bu il ilk dəfə olaraq təhsil uğurları ilə yanaşı sosial fəaliyyətləri də yüksək olan 3 şagird "Mübariz" medalı ilə təltif olunub.
Tədbir məzunların və digər şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.
Sonda məktəblilər "Son zəng"i çalaraq və "Sədaqət andı" içərək təhsil illərini yekunlaşdırıblar.
Qeyd edək ki, Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 177
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 761
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 527
Azərbaycan Texnologi...