Cümə axşamı, 4 Sentyabr, 2025

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU


  • Dərc edildi: 14 May, 2025 - 20:35
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. 

“Azərbaycan müəllimi” xəbər verir ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...