Bazar, 3 Avqust, 2025

“Müştəri Xidmətləri şöbəsinin rəhbəri” üzrə vakansiya


  • Dərc edildi: 20 Oktyabr, 2021 - 11:28
“Müştəri Xidmətləri şöbəsinin rəhbəri” üzrə vakansiya

“MOVER” MMC “Müştəri Xidmətləri şöbəsinin rəhbəri” üzrə əməkdaş axtarışındadır! Vəzifə öhdəlikləri: ·Müştəri məmnuniyətini təmin etmək məqsədilə bütün müştəri sorğularının operativ şəkildə cavablandırılmasının koordinasiya edilməsi; ·Həm komanda üzvləri, həm də müştərilər üçün müştəri xidmətləri proseslərinin perfomans/səmərəlilik göstəricilərinə əsasən (yenidən) müəyyən və idarə olunması; ·Müştəri xidmətlərinin səmərəliliyinin, keyfiyyətinin mütəmadi ölçülməsi və artırılması; ·Bölmənin siyasət və prosedurlarının, standart cavablarının (FAQ) hazırlanmasının təmin edilməsi; ·Şikayətlərin idarə olunması prosesinin qurulması və inkişaf etdirilməsi; ·İşçilərin qiymətləndirilməsi və mükafatlandırılması üçün komanda üzvlərinin performansı ilə bağlı rəhbərliyə və İnsan resursları şöbəsinə ətraflı statistik rəy bildirilməsi; ·Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə yetirilməsi. Tələblər: ·İqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil; ·Müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi; ·Mükəmməl səviyyədə Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili; ·Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; ·Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı; ·Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü; ·Güclü liderlik və idarəçilik qabiliyyəti; ·Məsuliyyətli, çevik, təşəbbüskar və yenilikçi olmalı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri şöbəsinin rəhbəri” qeyd edərək[email protected]e-mail ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5467
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 913
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 318
“İnnovativ məktəb” l...