Bazar ertəsi, 2 İyun, 2025

"NAYORA könüllüsü ol VIII" sən də qoşul!


  • Dərc edildi: 18 İyun, 2021 - 07:08
"NAYORA könüllüsü ol VIII" sən də qoşul!

Yerli və beynəlxalq layihələrdə iştirak etmək, NAYORA-da təcrübə toplamaq və sosial çevrəsini genişləndirmək istəyən gənclərin nəzərinə!
Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası könüllü qəbulunu elan edir. Sən də özünü inkişaf etdirmək və gənclərlə iş sahəsində təcrübə toplamaq istəyirsənsə NAYORA ailəsinə qoşul!
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 137 gənclər təşkilatını birləşdirən NAYORA ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. NAYORA könüllüsü olmaqla sən:⤵ Peşəkar komanda ilə işləmək imkanı; Layihə idarəetməsi bacarıqları və keçirilən layihələrdə birbaşa iştirak; Yerli və beynəlxalq təcrübə qazanmaq imkanı; Qeyri-formal təhsil sahəsində təcrübə. Kimlər müraciət edə bilərlər:⤵ 16-24 yaş aralığındakı gənclər; Azərbaycanda xüsusən Bakıda yaşayan gənclər; Üniversitet tələbəsi olan şəxslər; Gənclərlə iş sahəsində işləməyə motivasiyası olması; İngilis və ya hər hansına dil biliyi olması arzu olunandır. Könüllülük proqramının müddəti: 15 iyul-15 oktyabr Müraciət üçün son tarix: 25 iyun 2021-ci il, saat 🕛23:59
Qeydiyyat üçün link:

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...