Bazar ertəsi, 2 İyun, 2025

“Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək


  • Dərc edildi: 16 İyun, 2022 - 03:36
“Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

2022-ci ilsentyabrayının 29 və 30-u tarixlərində Akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans .ICESCO, Kafkas Universiteti (Türkiyə) və Lahor Universitetlərinin (Pakistan) birgə əməkdaşlığı ilə Bakı Dövlət Universitetində (Azərbaycan) keçiriləcəkdir. “Nəzəri və təcrübi kimyanın müasir problemləri” əməkdaşlıq və açıq ünsiyyət hesabına geniş miqyasda müzakirələrin aparılmasına imkan verəcəkdir. Konfrans kimya və ekologiyanın müxtəlif sahələrini əlaqələndirməklə gələcəkdə təhsilin və tədqiqatların daha perspektivli inkişafına təsir göstərəcəkdir. Konfransın məqsədi kimya və ekologiya sahəsində innovativ sahələrin müəyyənləşdirilməsi, beynəlxalq ekspertlərlə təcrübə mübadiləsinin aparılması, gənc tədqiqatçıları elmi karyera qurmalarına həvəsləndirilməsi, qlobal miqyasda mühüm nəzəri və praktiki tədqiqat nailiyyətlərinin müzakirəsidir. “Nəzəri və təcrübi kimyanın müasir problemləri” Analitik kimya, Ekoloji kimya və ətraf mühitinmühafizəsi,Kimyanımn tədrisi metodikası Perspektivli materialların sintezi, Fiziki kimya və Qeyri-üzvi materialşünaslıq, sahəsində ən son innovativ tətbiq xarakterli tədqiqatları özündə birləşdirəcəkdir.

Ətraflı: http://mpc2022.bsu.edu.az/

Son müraciət: 24 iyun 2022

____
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...