Bazar, 8 İyun, 2025

Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub


  • Dərc edildi: 28 İyul, 2021 - 13:55
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

  Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası bir qədər genişlənib. Bu sıraya yeni özünüməşğulluq formaları kimi bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalça yuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) də əlavə olunub.   Bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə �
�z kiçik bizneslərini qura biləcəklər.   Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.   Cari ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə toplanır, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilir.   Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.   https://dma.gov.az/fealiyyet/fealiyyet/fealiyyet-istiqametleri/ozunumesgulluq-tedbirleri

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 134
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...