Şənbə, 7 İyun, 2025

"PAŞA Bank"da mükəmməl bir iş təklifi almaq istəyənlər üçün əla xəbərimiz var!


  • Dərc edildi: 10 Fevral, 2022 - 11:42
"PAŞA Bank"da mükəmməl bir iş təklifi almaq istəyənlər üçün əla xəbərimiz var!

"PAŞA Bank"da mükəmməl bir iş təklifi almaq istəyənlər üçün əla xəbərimiz var! Məmnuniyyətlə bildiririk ki, gələn ay biz “Product School by PASHA Bank” adlı yeni layihəyə start veririk. Layihə Azərbaycanın ən böyük kommersiya bankında məhsul sahibi vəzifəsinə iş təklifi almaq imkanı yaradacaq. İki həftə davam edəcək təlim proqramı çərçivəsində iştirakçılar bazar mütəxəssislərinin rəhbərliyi altında məhsul sahibinin işi ilə bağlı bütün əsas mərhələlərdən keçəcəklər. Təlimin sonunda iştirakçılara "PAŞA Bank"ın ekspertləri qarşısında xüsusi sessiyada özlərini sübut etmək və Bankda işləmək üçün iş təklifi almaq imkanı veriləcək. Proqram ödənişsizdir, lakin iştirak hüququnu yalnız seçim mərhələsindən uğurla keçən şəxslər qazanacaq. Beləliklə, sizi xəyal etdiyiniz təklifdən yalnız 3 sadə addım ayırır: - seçim mərhələsindən keçin, - təlim proqramını tamamlayın, - buraxılış sessiyasında özünüzü sübut edin. Proqram haqqında ətraflı məlumat almaq və seçim meyarları ilə tanış olmaq üçün CV-nizi və motivasiya məktubunuzu[email protected]imeyl ünvanına göndərin. Müraciət üçün son tarix: 18.02.2022-ci il. "PAŞA Bank"da məhsul sahibi vəzifəsinə iş təklifi alacaq 10 nəfərdən biri siz olun!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 114
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 289
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...