Çərşənbə, 4 İyun, 2025

“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir


  • Dərc edildi: 17 Noyabr, 2021 - 11:59
“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir

Təlim sürücülük sahəsində 25 ildən çox tədris təcrübəsinə malik olan Mərkəzin nəzdində fəaliyyət göstərən Abşeron Binə Peşə Liseyi və 6 nömrəli Bakı Peşə Məktəbində həm nəzəri, həm də praktiki biliklər əsasında təşkil olunacaq. Proqram əsasında aparılan nəzəri dərslərin ənənəvi və onlayn formada həftədə 3 dəfə olmaqla tədris olunması nəzərdə tutulur. Avtomobil sürmə üzrə praktiki dərslər Mərkəzin hər iki korpusunun xüsusi avtodromlarında mexaniki və avtomatik sürət qutusuna malik avtomobillərdən istifadə edilməklə təşkil edilir.

Bundan əlavə peşə təhsil müəssisəsinin müasir avtotrenajor kompleksində yer alan simulyatorlar da təlimə qatılanların istifadəsində olacaqdır. Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir. Nəzəri təlim kursunu uğurla bitirən iştirakçılara Dövlət Yol Polisinin qeydiyyat-imtahan mərkəzlərində sürücülük vəsiqəsinin alınması imtahanına təqdim etmək üçün Təhsil Naziriliyindən şəhadətnamə veriləcək. Təlimlərə qeydiyyat 17 noyabr 2021-ci il tarixindən başlanılır. Təlimlərə qatılmaq üçünwww.prodrive.azveb səhifəsi üzərindən qeydiyyatdan keçmək tələb olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...