Şənbə, 19 İyul, 2025

Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz Peşə Təlim-Təcrübə Proqramı


  • Dərc edildi: 18 İyul, 2025 - 20:18
Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz  Peşə Təlim-Təcrübə Proqramı

Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz  Peşə Təlim-Təcrübə Proqramı

Vision Academy tərəfindən təqdim olunan Proqramlaşdırma üzrə 5-6 aylıq təqaüdlü və ödənişsiz peşə təlim-təcrübə proqramlarına qeydiyyat başladı!
Bu proqram vasitəsilə Frontend, Backend, Full Stack (Backend və Frontend) və Java sahələrində sıfırdan peşəkar səviyyəyə qədər yüksəlmək, real layihələrdə iştirak etmək və iş imkanları qazanmaq fürsəti əldə edəcəksiniz.

 

1. Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Ali təhsilli ,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Proqramlaşdırma dilini sıfırdan öyrənmək və praktiki bacarıq qazanmaq istəyənlər.
  •  Kompüter elmləri və ya mühəndislik ixtisasından  məzun olanlar.
  •  Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.

2. Təcrübə Proqramlarında Tədris Olunacaq Əsas Mövzular

Sizə təqdim etdiyimiz bu Təcrübə Proqramı çərçivəsində 4 müxtəlif proqramlaşdırma istiqaməti üzrə seçim imkanı verilir.  Aşağıdakı proqramlardan yalnız birini seçmək mümkündür. Seçiminizi maraq dairənizə və gələcək peşə planlarınıza uyğun formada etməyiniz tövsiyə olunur.
Hər bir şəxs yalnız bir linkə daxil olaraq qeydiyyatdan keçə bilər. Bir neçə linkə müraciət edən namizədlərin ərizələri etibarsız sayılacaq.

A. Frontend Development (4.5 ay, 400 saat)
🔹 HTML, CSS, JavaScript – əsas struktur, stil və funksionallıq
🔹 DOM manipulyasiyası, Event Handling
🔹 React.js, Angular kimi framework-lərlə tanışlıq
🔹 Git və GitHub ilə versiya nəzarəti

B. Backend Development (5 ay, 440 saat)
🔹 Server, müştəri və verilənlər bazası anlayışları
🔹 API-lərin yaradılması, RESTful xidmətlər, HTTP protokolu
🔹 Python/Django, Node.js, PHP, Java, Laravel kimi texnologiyalar
🔹 Verilənlərin qorunması, autentifikasiya, kod optimizasiyası
🔹 MySQL, PostgreSQL, MongoDB, ORM-lərlə işləmə

C. Java Proqramlaşdırma (4.5 ay, 400 saat)
🔹 Java sintaksisi, OOP prinsipləri – Encapsulation, Inheritance, Polymorphism
🔹 Fayllarla iş, JDBC və MySQL ilə CRUD əməliyyatları
🔹 Java Servlet və JSP, MVC arxitekturası ilə tanışlıq
🔹 Sadə qeydiyyat sistemləri və real mini layihələrin hazırlanması

D. Full Stack (Backend və Frontend) Development (5 ay, 440 saat)
🔹 Proqramlaşdırmanın əsasları: dəyişənlər, şərt və döngü operatorları, funksiyalar
🔹 Frontend texnologiyaları: HTML, CSS, JavaScript, React və ya Angular
🔹 Backend texnologiyaları: Node.js, Express.js və ya Python/Django
🔹 Verilənlər bazası: SQL, NoSQL, MySQL, MongoDB
🔹 REST API-lərin yaradılması və istifadəsi
🔹 Real layihələrin hazırlanması – frontend və backend inteqrasiyası
🔹 Git, GitHub və deployment prosesləri

 

 3. Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı  hər gün 4 saat həftədə  5 dəfə keçiriləcək.
  • Təlim-təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Tam Praktik Yanaşma – Sahə üzrə təcrübəli proqramçılar tərəfindən fərdi yönləndirmə və rəy.
  • Mentor Dəstəyi – Sahə üzrə təcrübəli proqramçılar tərəfindən fərdi yönləndirmə və rəy.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

 Qeydiyyat üçün aşağıdakı proqramlardan yalnız birini seçib və müvafiq linkə daxil olaraq qeydiyyat formunu doldurun. 

🔸 Frontend: https://forms.gle/353VJHnYXQjrFc996
🔸 Backend: https://forms.gle/W8DzmuR6gv97ipUt9
🔸 Java: https://forms.gle/21wCBvq24W8mSqe98
🔸 Full stack (Backend və Frontend): https://forms.gle/5s95K2yn1m4Lddn16

 

Müraciət et: https://forms.gle/phMe3iNMQRjB6wu98

 

 Ünvan: Bakı şəh., Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A
 Veb sayt: www.visionacademy.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 1896
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 701
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 167
Bu gündən tələbələri...