Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ortaq layihəsi çərçivəsində psixoloq və sosial işçilər işə götürülür.
Aİ-nin maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST psixi sağlamlıq sahəsinin gücləndirilməsində Azərbaycana dəstək olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Sosial Xidmətlər agentliyi ilə əməkdaşlığa davam edir. Bu əməkdaşlıq çərçivəsində psixi sağlamlıq üzrə uzunmüddətli stasionar xidmət göstərən müəssisələrdə psixoloqlar və sosial işçilər fəaliyyətə başlayacaq. Mütəxəssislər 1 saylı Respublika Psixiatriya Xəstəxanası (Maştağa qəsəbəsi) və 1 Saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində (Buzovna qəsəbəsi) fəaliyyət göstərəcək. Qeyd edilən vakansiyalara müraciət etmək üçün CV və motivasiya məktubunuzu[email protected]
elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Vəzifə: Klinik psixoloq (3 vakansiya)
Müddət: 8 ay
İş təcrübəsi: Psixi sağlamlıq sahəsində ən azı 1 il klinik psixoloq kimi iş təcrübəsi
Müraciət üçün son tarix: 22 iyul 2021-ci il
Öhdəliklər:
Psixoloji maarifləndirmə;
Psixoloji konsultasiyanın aparılması;
İlkin psixoloji yardımın göstərilməsi;
Psixoloji müayinənin (diaqnostika) aparılması;
Psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi (individual, qrup);
Psixoloji reabilitasiya və psixoloji korreksiya prosessində iştirak;
Psixoloji testlər vasitəsi ilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
Multidissiplinar komandada iş;
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb