Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin psixoloq vəzifəsinə vakansiya elan olunur.
Vakansiya aşağıdakı zonalar üçün nəzərdə tutulub.
Bakı, Sumqayıt, Abşeron; Masallı, Cəlilabad, Lənkəran; Yevlax, Mingəçevir, Ağdaş.
Namizədlə bağlı əsas tələblər:
Psixologiya ixtisası üzrə ali təhsil;
Magistratura təhsili (Psixologiyanın istiqamətləri)
Yaş həddi 35;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Kompüter bilikləri (Ofis proqramları)
Üstünlük veriləcək:
Rus dili biliyi;
İxtisasartırma və əlavə təhsil üzrə sertifikatları;
Müvafiq sahə üzrə iş təcrübəsi olanlara.
UMİ-nin psixoloq vəzifəsinə işə qəbul olunması üçün CV-lərinizi (rəngli foto daxil etməklə) [email protected] ünvana göndərin.
Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi 05.09.2025