Şənbə, 5 İyul, 2025

Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir


  • Dərc edildi: 2 İyul, 2025 - 10:58
Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir

Qarabağ Universiteti – Beynəlxalq dil mərkəzində vakansiya – ingilis dili müəllimi

İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs

 

Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də

təhsilalanların yüksəksəviyyəli xarici dil bilik və bacarıqları ilə təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.

Vəzifə: ingilis dili müəllimi

İşin təsviri:

• Təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə

alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;

• müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması,

hazırlanması və icrası;

• müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və

texnologiyalarından istifadə;

• tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

• müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;

• tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;

• mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.

Tələblər:

• müvafiq sahə üzrə magistr dərəcəsi (CELTA Pass A/Pass B və DELTA nəticəsi əldə etmiş namizədlər üçün bu tələb istisna edilə bilər);

• ingilis dilinin tədrisi üzrə minimum 2 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində

olması üstünlükdür); CELTA (Pass A / Pass B) və ya DELTA sertifikatına malik olan namizədlər üçün bu tələb tətbiq olunmaya bilər.

• minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. Beynəlxalq dil

sertifikatlarının olması üstünlükdür);

• dil tədrisi üzrə sertifikatlardan (CELTA, DELTA, TEFL, TESOL və s.) birinə malik olması üstünlükdür;

• dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların

formalaşdırılması ilə bağlı təcrübə;

• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

• yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

• tədqiqatçılıq bacarığı;

• davamlı peşəkar inkişafa maraq.

Tələb olunan sənədlər:

• İngilis dilində CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa);

• ingilis dilində Motivasiya məktubu – maksimum 500 söz. (A Letter of Motivation);

• ingilis dilində Maraq məktubu – maksimum 500 söz. (A Statement of Interest);

• tövsiyə edən şəxslərin əlaqə məlumatları (2 nəfər).

İş qrafiki: Tam ştat vəzifədir. Auditoriya saatlarından kənar vaxtlarda isə müəllimlərin tədrisə hazırlıq işləri və onlara tapşırılan digər fəaliyyətlərlə məşğul olmaları gözlənilir.

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Qeyd 2: məktubun mövzu hissəsində “English Language Teaching Vacancy” qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix: 31 iyul 2025-ci il.

Elektron poçt ünvanı: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 186
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 77
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 265
Məktəbəhazırlıq qrup...