Cümə axşamı, 4 Sentyabr, 2025

“QARABAĞ - Zəfərə Gedən Yol” adlı beynəlxalq konfrans keçiriləcək


  • Dərc edildi: 13 Avqust, 2021 - 02:27
“QARABAĞ - Zəfərə Gedən Yol” adlı beynəlxalq konfrans keçiriləcək

“QARABAĞ - Zəfərə Gedən Yol” adlı beynəlxalq konfrans keçiriləcək

2021-ci il avqustun 27-dəİsveçin Göteborq şəhərində “QARABAĞ - Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, ELGER Beynəlxalq Elm Mərkəzi, Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və İsveçin Göteborq Universitetinin dəstəyi ilə onlayn formatda təşkil olunacaq. Konfrans riyaziyyat və mexanika, fizika və astronomiya, kimya, texnika elmləri, yer elmləri və coğrafiya, tibb və əczaçılıq, biologiya və aqrar elmlər, iqtisad, hüquq, fəlsəfə və sosiologiya, siyasi elmlər, psixologiya, tarix və antropologiya, hərb elmləri, filologiya elmləri, pedaqogika, sənətşünaslıq və memarlıq, jurnalistika kimi sahələri əhatə edir. Konfransa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan türkcəsi, rus və ingilis dillərində məqalələr qəbul olunur. Konfransda iştirak etmək istəyənlər məqalələrini yazı qaydalarına ciddi riayət etməklə, avqustun 18-dək [email protected]çt ünvanına göndərə bilərlər. Qəbul edilən məqalələr avqustun 20-də elan ediləcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...