Cümə axşamı, 4 Sentyabr, 2025

Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb


  • Dərc edildi: 28 İyul, 2021 - 06:16
Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Ölkə regionlarında fəaliyyət göstərən biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının artırılması üçün KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) coğrafiyası genişləndirilir. Yeni KOB inkişaf mərkəzlərinin ünvanları və digər əlaqə vasitələri barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytından (https://smb.gov.az/az/nav/kob-inkisafi-merkezleri) və ya mərkəzlərin vahid internet səhifəsindən –http://www.kobim.azəldə etmək olar. KOBİA-nın strukturuna daxil olan KOBİM-lər sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmaya dəstəyi təmin edir. Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək vəxidmətlərlərindən yararlana bilərlər. KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1126
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8133
Sumqayıt Dövlət Univ...