Cümə, 15 Avqust, 2025

Respublika fənn olimpiadalarının elektron qeydiyyatına start verilir


  • Dərc edildi: 22 Dekabr, 2021 - 16:03
Respublika fənn olimpiadalarının elektron qeydiyyatına start verilir

Fənn olimpiadalarına elektron qeydiyyatın vaxtı uzadılıb

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinin vaxtı uzadılıb. Elektron qeydiyyat 25 dekabr 2021-ci il tarixində yekunlaşacaq. Şagirdlərhttps://portal.edu.az/platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. Qeyd edək ki, 25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6544
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1484
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 578
“İnnovativ məktəb” l...