Cümə axşamı, 24 İyul, 2025

Riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması üzrə müəllif müsabiqəsi


  • Dərc edildi: 7 Aprel, 2022 - 03:47
Riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması üzrə müəllif müsabiqəsi

ARTİ Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması üzrə müəllif müsabiqəsi elan edir.
Namizəd üçün tələblər:
• Riyaziyyat fənni üzrə dərin biliklər. Elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər;
• Araşdırmaçılıq və tədqiqatçılıq keyfiyyətləri;
• Yüksək özünütəhsil vərdişləri;
• Xarici dil – rus və ingilis dil biliyi (ən azı oxuyub-anlama səviyyəsində);
• Kompüter və İKT-dən istifadə bacarıqları;
• Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı;
• Pedaqoji təcrübə;
• Fənn kurikulumu ilə tanışlıq;
• Tədris resurslarının hazırlanması üzrə təcrübə (arzuolunandır).
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini
[email protected] elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 70
Azərbaycan Texnologi...
SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 256
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 121
BSU regionlardan qəb...