Şahin İsmayılov Milli Məclisdə beyləqanlı tələbələrlə görüşüb
Oktyabrın 23-də Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov parlamentdə qəbul imtahanlarında yüksək bal toplamış Beyləqan rayonundan olan bir qrup tələbə ilə görüşüb.
Gəncləri salamlayan Şahin İsmayılov onlara parlamentin tarixi, fəaliyyəti, parlamentdə işin təşkili və onun strukturları haqqında ümumi məlumat verib.
Sonra tələbələr parlamentin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı deputat Şahin İsmayılov Ümummilli liderimizin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar haqqında gənclərə məlumat verib. Ziyarətçilər zalda nümayiş olunan və Ulu öndər tərəfindən qəbul edilmiş tarixi qərarların surətləri, ona verilmiş xidməti və deputatlıq vəsiqələri, dahi rəhbərin ömür yolunun ayrı-ayrı dövrlərini əhatə edən materiallara və eksponatlara bax�
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb