Bazar ertəsi, 2 İyun, 2025

Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək


  • Dərc edildi: 10 İyun, 2021 - 07:08
Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək

Avqustun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək. RəsədxanadanAZƏRTAC-a bildirilib ki, konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı, təcrübəli əməkdaşların da iştirakı gözlənilir. Qeyd edək ki, minikonfrans “Zoom” platforması üzərindən keçi

riləcək. Tədbirin proqramı iştirakçıların sayından asılı olaraq tərtib ediləcək. Bu barədə əlavə məlumat veriləcək. Hazırda minikonfransda iştirak etmək istəyənlərdən xahiş olunur ki, əvvəlcə qeydiyyatdan keçsinlər və daha sonra öz çıxışlarının tezislərini hazırlayı[email protected]ünvanına göndərsinlər. Qeydiyyatdan keçmək üçün sərbəst şəkildə göstərilən elektron ünvana özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. İştirak üçün üzvlük haqqı tələb olunmur. Tezisləri avqustun 1-dək göndərmək olar. Tezislərin tərtibi haqqında ətraflı məlumatı Şamaxı Astrofizika Rəsədxanasının saytından əldə etmək olar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...