Heyvan sevgisi ilə dolu, müştərilərlə yaxşı ünsiyyət qura bilən, satışda bacarıqlı yeni əməkdaş axtarılır.
İş qrafiki: Tam iş günü / Növbəli
Tələblər:
*Zoo Shopda satış məsləhətçisi kimi minimum 6ay iş təcrübəsi
* Rus dili biliyinin olması
* Müştəri ilə səmimi və peşəkar ünsiyyət
* Heyvanları sevmək və bu sahəyə maraq
* Məsuliyyətli, diqqətli olmaq
* Komandada işləmə bacarığı
* Müştəri yönümlü olma
Satış Məsləhətçisinin Vəzifə Öhdəlikləri :
* Müştərilərə məhsullar haqqında ətraflı məlumat vermək
* Heyvan qidaları, aksesuarları və digər Zoo Shop məhsullarının xüsusiyyətlərini izah etmək.
* Müştərinin ehtiyaclarını anlamaq və düzgün məhsul tövsiyə etmək
* Müştəri ilə səmimi ünsiyyət quraraq, onların istəyinə və heyvan növünə uyğun məhsul seçmələrinə kömək etmək.
* Satış prosesini həyata keçirmək və kassa əməliyyatlarını idarə etmək
* Satış sistemindən istifadə edərək, müştəri alış-verişini sürətlə və dəqiq həyata keçirmək.
* Mağazanın məhsul ehtiyatlarını yoxlamaq və doldurulmasına kömək etmək
* Məhsulların düzgün və səliqəli şəkildə düzülüşünü təmin etmək, ehtiyatların vaxtında yenilənməsinə nəzarət etmək.
* Mağazanın təmizliyinə və nizam-intizamına riayət etmək
* İş yerinin səliqəli, təmiz və rahat vəziyyətdə olmasını təmin etmək.
* Müştəri şikayət və təkliflərini dinləmək, aidiyyəti şəxslərə çatdırmaq
* Müştəri məmnuniyyətini artırmaq üçün şikayətlərə operativ və peşəkar yanaşmaq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-6 günlük iş qrafiki;
Müraciət üçün:
CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.