Çərşənbə, 3 Sentyabr, 2025

Senior Back-end Specialist (Java) vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 2 Sentyabr, 2025 - 18:33
Senior Back-end Specialist (Java) vəzifəsi üzrə vakansiya

Leobank Senior Back-end Specialist (Java) vəzifəsi üzrə namizədlər axtarışındadır: 

 

Tələblər:

•Arxitektura və dizayn qərarlarının verilməsi;

•Code review və komandanın yüksək keyfiyyətli kod təqdim etdiyinə əmin olmaq;

•Davamlı öyrənmə və proqramlaşdırma biliklərini inkişaf etdirərək digər mühəndislərə mentorluq etmək;

•Xüsusiyyətləri müəyyən etmək və prioritetləşdirmək üçün məhsul sahibləri, dizaynerlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;

•Yüksək performanslı və təhlükəsiz Java backend xidmətlərini inkişaf etdirmək;

•Performans, genişlənmə və etibarlılıq üçün tətbiqi optimallaşdırmaq (Modernization);

•Təhlükəsiz və ölçülə bilən sistemlər təqdim etmək;

•Kəsinti zamanlarını öncədən təyin etmək;

•Çarpaz funksiyalarla əməkdaşlıq etmək və mövcud problemləri həll etmək üçün texnologiyaya əsaslanan yanaşma ilə qərar qəbulunda iştirak etmək;

•Texniki problemlər və qərarlarla bağlı maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq;

•Səhvsiz proqram təminatının çatdırılmasını təmin etmək üçün QA komandası ilə sıx əməkdaşlıq etmək;

•Agile sessiyalarda iştirak etmək.

 

Öhdəliklər: 

•Proqramlaşdırma sahəsində ən az 5 il iş təcrübəsi;

•OOP prinsiplərini dərindən bilməli;

•Java proqramlaşdırma dili üzrə dərin biliklər;

•Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;

•ORM (Hibernate) bilikləri;

•GIT ilə işləmə bacarığı;

•Microservice arxitekturası və REST api serverlər haqda biliklər;

•Microservice design pattern-ların real tətbiqi ilə bağlı təcrübə;

•NoSql verilenler bazası ilə iş təcrübəsi (Mongo DB , Cassandra, Redis);

•SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;

•Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;

•CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri;

•UnitTesting, Mock serverlerlə iş təcrübəsi (Hoverfly);

•Performans və inteqrasiya testləri üzrə biliklər;

•Software ve Sistem dizayn üzrə biliklər;

•Clean code prinsiplərini bilməli ;

•Code review yanaşmalarının tətbiqi ilə bağlı təcrübə;

•Axtarış platformalarında iş təcrubəsi arzuolunandır (Apache Solr);

 

Maraqlanan şəxslər CV-ləri [email protected] mail ünvanına göndərə bilər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...