"BakuBus" MMC komandasına Sosial Media Marketinq Mütəxəssisi axtarılır!
Vəzifə öhdəlikləri:
- BakuBus-ın rəsmi sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması və gündəlik nəzarəti
- Rəqəmsal platformalarda şirkətin brend tonunun qorunması
- Aylıq kontent planlarının hazırlanması və ictimai nəqliyyatla bağlı aktual, maarifləndirici və məlumatlandırıcı paylaşımların dərc edilməsi
- Sosial mediada şikayət, rəy və suallara operativ şəkildə cavab verilməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi
- Aylıq fəaliyyət hesabatlarının hazırlanması və performans göstəricilərinin təhlili
- Rəqib şirkətlərin və nəqliyyat sektorundakı yerli və beynəlxalq trendlərin izlənməsi, analizi və təkliflərin verilməsi
- Qrafik dizaynerlə sıx və kordinasiyalı əməkdaşlıq
- Reklam kampaniyalarının planlaşdırılması və idarə olunması
- Kreativ vizuallar və məzmunlarının hazırlanmasına dəstək və video çəkiliş proseslərində iştirak
Tələblər:
- Ali Təhsil
- Müvafiq sahədə ən az 2 il iş təcrübəsi
- Meta Business Suite, Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı
- Süni intellektlə işləmə bacarığı
- Operativlik, dəqiqlik və yüksək icraçı bacarıq
- Analitik düşünmə və araşdırma qabiliyyəti
- Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür
- Komanda ilə işləmə bacarığı
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb