“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə SQL Developer vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
- Bankdaxili proseslər və hesabatların maksimum avtomatlaşdırılması;
- Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
- Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
- Məlumat bazasının yaradılması və idarə edilməsi üzrə müasir texnologiyalarla işin təşkili.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sahəsi üzrə təcrübə arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
- Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (Oracle SQL, PostgreSQL, MSSQL, MySQL);
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində
SQL Developer qeyd etməklə
17 mart 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb