Çərşənbə, 4 İyun, 2025

Startap ekosistemlərinin regional əməkdaşlığı - Daşkənddə!


  • Dərc edildi: 19 Noyabr, 2021 - 14:31
Startap ekosistemlərinin regional əməkdaşlığı - Daşkənddə!

Startap ekosistemlərinin regional əməkdaşlığı - Daşkənddə!
25-26 noyabr 2021-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Beynəlxalq Telekommunikasiya İttifaqı və Özbəkistanın İT Parkının təşkilatçılığı ilə “Startap ekosistemlərinin regional əməkdaşlığı qlobal rəqəmsal liderliyin əsas amili kimi – Startap Mərkəzi Avrasiya Platforması” adlı beynəlxalq seminar baş tutacaq.
Seminarda bütün zəruri informasiya resurslarını özündə cəmləşdirən "Startup Central Eurasia" beynəlxalq platformasının təqdimatı keçiriləcək. Bu platforma startaplara region bazarları ilə tanış olmağa, mentorların dəstəyini almağa və investorlarla ünsiyyət qurmağa imkan yaradacaq.
Seminarın proqramına qlobal səviyyədə tanınan uğurlu startap liderlərinin "Looksery", "PandaDoc", "Phabber", "Attendify" təlimləri daxildir. Bundan əlavə, seminarda Sam Kahr (Google) və İqor Makhanyok (VC Fund) çıxış edəcəklər.
Seminarın məqsədi MDB innovasiya ekosisteminin əsas iştirakçıları arasında əməkdaşlığı gücləndirməkdir.
Tədbirin proqramı ilə bağlı ətraflı məlumat:
İştirak etmək üçün qeydiyyat linki:
Seminar ingilis və rus dillərində, hibrid formatda keçiriləcək.
Məkan, yaşayış yeri, viza və s. ilə bağlı hər hansı sualınız yaranarsa IT Park Uzbekistan Startup Ekosisteminin Meneceri İsmina Mavlyankarieva ilə əlaqə saxlaya bilərsiniz:
+998909735358

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 215
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...