Çərşənbə, 23 İyul, 2025

Startap və investorların diqqətinə


  • Dərc edildi: 7 İyun, 2021 - 12:44
Startap və investorların diqqətinə

Startap və investorların diqqətinə! Qafqaz və Mərkəzi Asiyanın “Venture Day” tədbirində iştiraka tələsin! Beynəlxalq Telekommunikasiya Birliyi, Mərkəzi Avrasiya Startap platforması və İT Park Özbəkistan 24 iyun tarixində saat 13:00-da Qafqazda və Mərkəzi Asiyada fəaliyyət göstərən startaplar üçün “Venture Day” onlayn görüş təşkil edirlər. Bu platforma regionun ən dinamik işgüzar müstəvisi olmaqla startap və investor icmasını bir araya gətirir. 📌Startaplar üçün məlumat: Startaplar müvafiq tədbirin qeydiyyatından keçməklə özlərinin ən innovativ təkliflərini Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən potensial investorlara təqdim etmək imkanı əldə edəcəklər. Region üzrə seçilmiş ən yaxşı 20 startap tədbirdə öz “Pitch”lərini təqdim edərək investorlarla birbaşa əlaqə qura biləcəklər. Mərkəzi Avrasiya Startap İcmasının üzvü olmaq istəyirsinizsə, qeydiyyatdan indi keçin! 🔗Qeydiyyat linki:https://bit.ly/3cpLihP 📌İnvestorlar üçün məlumat: Dəyərli investor, 2 saatlıq sessiya ərzində siz regionun 7 ölkəsinin startap ekosisteminin cari statusunu izləməklə ən innovativ layihələrin maliyyələşdirilməsini nəzərdən keçirə bilərsiniz. 🔗Qeydiyyat üçün lik:https://bit.ly/3giQDbM

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 148
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 90
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4298
Sumqayıt Dövlət Univ...