Bazar ertəsi, 21 İyul, 2025

Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub


  • Dərc edildi: 11 Sentyabr, 2021 - 10:48
Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub

Şuşanın loqosunun hazırlanması üçün müsabiqə elan olunub

  Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” loqotip dizaynı müsabiqəsini elan edib. Müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər. Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdırlar.
Müsabiqə şərtləri aşağıdakılardır: - Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər. - Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir. - Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir. - Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir. - Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər. - Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədə[email protected]ünvanına göndərilməlidir. - Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır. - Qalib loqotip dizaynının müəllifləri “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq I yer - 3000 AZN; II yer (laureat) - 2000 AZN; III yer (laureat) - 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək. - Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər. - Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yekun dəyişikliklər etmək hüququ vardır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3985
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2326
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 206
Bu gündən tələbələri...