Çərşənbə, 3 Sentyabr, 2025

“Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsi


  • Dərc edildi: 14 Yanvar, 2022 - 13:39
“Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsi

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır. Lakin, müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib. Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentləhttp://mct.gov.az/az/bfdestek2022linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür. Nəticələr isə mart ayının sonundawww.culture.gov.azsaytında və “Mədəniyyət” qəzetində elan olunacaq.

____________________________________________________________________________________________________________________

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...