Bazar, 1 İyun, 2025

˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝ elan edilir


  • Dərc edildi: 14 İyun, 2022 - 10:01
˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝ elan edilir

˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝ elan edilir!

˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝nin şərtləri aşağıdakılardan ibarətdir: – iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır; – əsərlərin müsabiqəyə qəbulu 3 iyun 2022-ci il tarixindən başlayacaq və 31 avqust 2022-ci il tarixinə qədər davam edəcək; –hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, bütövlükdə və ya bir hissəsi heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər; – ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni (hər səhifə boşluqlarla birgə 2000 (iki min) işarədən hesablanmaqla) keçməməlidir; – müəlliflər müsabiqəyə həcmi 15 (on beş) min işarədən çox olmamaqla, əsərin 3 ixtiyari hissəsindən seçmələr də təqdim etməlidirlər; – əsərlər fərdi qaydada – müəlliflərin özü və yaxud müstəsna hallarda onun adından çıxış edə biləcək şəxs (ailə üzvü, səlahiyyətli nümayəndəsi və s.) tərəfindən təqdim olunmalıdır (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə); – müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək; – hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək. Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar. -I yerin sahibinə 2000 (iki min) AZN pul mükafatı veriləcək, həmin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək. -II yerin sahibinə 1500 (min beş yüz) AZN, -III yerin sahibinə isə 1000 (min) AZN pul mükafatı veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...