İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. 📌 Vəzifə öhdəlikləri: ▪Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması işinin təşkili; ▪Tibb sahəsinin müxtəlif istiqamətləri üzrə təlim proqramlarının hazırlanması; ▪Tibb müəssisələrinin rəhbərləri üçün idarəetmə təlimlərinin təşkilində iştirak etmək; ▪İşə qəbul olunan yeni əməkdaşlar üçün adaptasiya proqramının təşkilində iştirak etmək; ▪İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi üçün müxtəlif mexanizmlərin tətbiq edilməsi; ▪TƏBİB əməkdaşlarının peşə hazırlığının artırılması işinin təşkili; ▪Təlimlərin əməkdaşların karyera inkişafı ilə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi; ▪Təlim strategiyası və (və ya) planlarının hazırlanmasının və icra edilməsinin təşkil edilməsi; ▪Təlim proqramları və təlimçilər üçün tələblərin hazırlanması; ▪Təlim və təlimçilər bazasının yaradılması; ▪Müxtəlif yerli və beynəlxalq təlim mərkəzləri ilə əlaqələrin qurulması; ▪Təlim sonu məmnunluq sorğusunun keçirilməsi və nəticələrin təhlili; ▪Təşkil edilmiş təlimlərin vahid uçotunun aparılmasında iştirak etmək; 📌 Vəzifəyə dair tələblər: ▪Ali təhsil - Əsas (baza ali) tibb təhsili ▪Təlim və inkişafı sahə üzrə azı 2 il iş təcrübəsi; ▪Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması; ▪Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır; ▪Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür); ▪Məsuliyyətlilik; ▪Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması; ▪Problemi təhlil etmə bacarığı; ▪Təşəbbüskarlıq və yaradıcılıq; ▪Komandada işləmə bacarığı. 📌 Müraciət qaydası: ▪Vakansiyaya son müraciət tarixi: 01.04.2022-ci il; ▪CV-lər[email protected]ünvanına göndərilməlidir; __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb