“Zəhmət-Ruzi” MMC (SAB) – Azərbaycanın aparıcı ət və süd məhsulları istehsalçısı olan korporativ şirkəti hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün 3 aylıq ödənişli (Maaşlı) təcrübə proqramı elan edir.
Namizədə tələblər:
Hüquq ixtisası üzrə 3-cü və ya 4-cü kurs bakalavr tələbəsi olmaq;
Yüksək hüquqi yazı qabiliyyəti və məntiqi təfəkkür;
Araşdırma aparmaq və normativ hüquqi aktlarla işləmək bacarığı;
Komanda ilə işləməyə açıq və məsuliyyətli olmaq;
Microsoft Office proqramlarında işləmə bacarığı.
Təcrübəçinin vəzifələri:
Hüquqi sənədlərin ilkin layihələrinin hazırlanmasında iştirak;
Müqavilələrin yoxlanması və hüquqi analizində dəstək;
Normativ hüquqi aktların araşdırılması;
İddia ərizələri, məktublar, sorğuların hazırlanmasında hüquqşünaslara kömək;
Məhkəmə təcrübəsinin öyrənilməsi və aidiyyəti sənədlərin tərtibində iştirak.
Təcrübə müddətində öyrənəcəksiniz:
İstehsalat müəssisəsində hüquqşünasın gündəlik fəaliyyəti necə təşkil olunur;
Korporativ hüququn, əmək hüququnun və müqavilə hüququnun real tətbiqi;
Məhkəmə işləri və məhkəmə sənədlərinin hazırlanması;
Audit və yoxlamalar zamanı hüquq şöbəsinin funksiyası;
Hüquqi risklərin idarəedilməsi və daxili hüquqi nəzarət metodları.
Təklif edirik:
3 aylıq təcrübə müddəti ərzində real iş mühiti və praktiki biliklər;
Əmək bazarına çıxış üçün peşəkar tövsiyə məktubu (təcrübəni uğurla başa vuranlar üçün);
Şirkət tərəfindən nahar və nəqliyyat xidməti (servis) təmin olunur;
Təcrübə proqramı ödənişlidir;
Yaxşı nəticə göstərən təcrübəçilərə gələcəkdə vakansiyalar üzrə üstünlük verilir.
Müraciət qaydası:
CV-lərinizi və qısa motivasiya məktubunuzu [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mövzu sətrində “Hüquq təcrübəçisi – SAB” yazmağınız mütləqdir.
Son müraciət tarixi: 15 iyun 2025
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb