Bazar, 27 İyul, 2025

Təcrübəçi-hüquqşünas vakansiyası


  • Dərc edildi: 25 İyun, 2022 - 04:41
Təcrübəçi-hüquqşünas vakansiyası

Korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusundasan? Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda həvəslisən? Araşdırma qabiliyyətin yüksəkdir və problemlərin həllini asanlıqla tapırsan? Əziz gənc, o zaman sənə peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı təklif edirik! İş barədə məlumat: · Yüksək komanda ruhunda əməkdaşlıq; · Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları; · Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; · Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək; · Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak; · Görüş və təqdimatların təşkili, iştirak; · Müştərilər ilə görüşlərdə iştirak; · Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək; · Dövri hesabatların hazırlanması və təqdim edilməsi. Namizədə dair tələblər: · Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün); · Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır; · Rus və İngilis dil bilikləri yaxşı səviyyədə olmalıdır; · Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı; · MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı. İlkin əmək haqqı 300 AZN, İşində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur. CV-ni 31 may 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməklə[email protected]ünvanına göndər və mehriban kollektivimizin üzvü ol! Əlavə sualınız olarsa +994 55 222 15 09

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 199
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 789
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 578
Azərbaycan Texnologi...