Çərşənbə, 4 İyun, 2025

Təhsil Avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür!


  • Dərc edildi: 1 Sentyabr, 2021 - 13:05
Təhsil Avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür!

Təhsil Avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür! “Təhsil Avtobusu – Qayıdış” layihəsi işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər etməyə hazırlaşır. Artıq 5 ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçısı, dövlət və özəl müəssisələrin Korporativ Sosial Məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil Avtobusu” layihəsi bu il Bakı - Sumqayıt - Ağcəbədi - Bərdə - Gəncə - Oğuz - Bakı marşrutu üzrə səfər edəcək. 7-14 sentyabr tarixlərində keçiriləcək “Təhsil Avtobusu –

Qayıdış” layihəsi bu bölgələrdə yerləşən orta göstəriciləri zəif və orta məktəblərin şagirdlərini əhatə edəcək. 6 bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə, 192 nəfər şagird layihədə iştirak edəcək. Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır. Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 211
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 54
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...