Çərşənbə axşamı, 22 İyul, 2025

Tələbələr arasında ilk dəfə “EdTech Startap” müsabiqəsi keçiriləcək


  • Dərc edildi: 11 Noyabr, 2021 - 15:20
Tələbələr arasında ilk dəfə “EdTech Startap” müsabiqəsi keçiriləcək

Tələbələr arasında ilk dəfə “EdTech Startap” müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarında tələbələr arasındaEdTech Startapmüsabiqəsi keçiriləcək.   Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlarüzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.   Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər. Tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir mövzu seçib, verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.   Müsabiqə iki mərhələdən ibarətdir. Hər iki mərhələnin sonunda keçiriləcək qiymətləndirmədən sonra üç qalib komanda elan olunacaq.   İlk mərhələdə tələbələr müəyyən mövzuda araşdırma edib öz layihə təklifini hazırlayacaq və onu qısa bir videoda təqdim edəcəklər. İlkin mərhələ bitdikdən və komandaların videoları qəbul olunduqdan sonramünsif heyətihəmin işlər arasında 10 ən yaxşı layihəni seçəcək.   İlkin mərhələdən keçən 10 komanda finala vəsiqə qazanacaq. Həmin komandalar onlar üçün təyin olunacaq mentorla işləmək şansını qazanacaqlar və final tədbirinədək öz layihələrini təkmilləşdirə biləcəklər.   Final tədbirində komandalar öz layihələrini əyani şəkildəmünsif heyətinətəqdim edəcəklər.Münsif heyətininqiymətləndirməsindən sonra qaliblər elan olunacaq.   “EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçünhttp://edtechstartup.az/internet səhifəsinə müraciət etmək mümkündür.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 140
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 76
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4248
Sumqayıt Dövlət Univ...