TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi (QRTM), Kadr hazırlığının təşkili Mərkəzi (KHTM) , Qala Təlim Tədris Mərkəzi (QTTM) və Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- 01.12.2021-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
- Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
- Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
Qeyd 1:Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər) müraciətlərinə üstünlük veriləcəkdir.
Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır.
Qeyd 3:Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər müraciət edə bilməzlər.
Qeyd 4: Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Qəbul həyata keçirilən peşələr:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb