Çərşənbə, 3 Sentyabr, 2025

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib


  • Dərc edildi: 22 İyun, 2025 - 13:01
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə layihə rəhbəri Paşayeva Aynur, məktəbin rəhbərliyi, müəllim heyəti və valideynlər iştirak ediblər. Mərasimdə layihənin əsas məqsədləri, əldə olunan nəticələr və gələcəkdə tətbiq perspektivləri iştirakçılarla bölüşülüb.

Layihə çərçivəsində 2, 3 və 4-cü sinif şagirdləri üçün təşkil olunan qruplarda Khan Academy platformasının imkanlarından istifadə olunaraq riyaziyyat dərsləri innovativ və interaktiv şəkildə keçirilib. Şagirdlər riyazi anlayışları oyunlar, interaktiv tapşırıqlar və nailiyyət əsaslı fəaliyyətlər vasitəsilə mənimsəyib, riyaziyyatın gündəlik həyatla əlaqəsini daha dərindən anlamağa başlayıblar.

Mərasimdə çıxış edənlər layihənin həm pedaqoji, həm də texnoloji baxımdan uğurla həyata keçirildiyini vurğulayaraq, bu cür təşəbbüslərin şagirdlərin öyrənməyə marağının artırılmasında və XXI əsr bacarıqlarının formalaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...