Çərşənbə, 23 İyul, 2025

Tibb Bacılarının I Respublika Forumu keçiriləcək


  • Dərc edildi: 11 May, 2022 - 04:38
Tibb Bacılarının I Respublika Forumu keçiriləcək

Ölkədə ilk dəfə tərəfimizdən Tibb Bacılarının I Respublika Forumu keçiriləcək
12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə 12 may Beynəlxalq Tibb Bacısı Gününə həsr edilmiş Tibb Bacılarının I Respublika Forumu həyata keçiriləcək.
Hibrid formatda həyata keçiriləcək Forumda “Orta tibb işçisinin müasir hazırlıq hədəfləri”, “Tibb bacısının işində nəzəriyyənin təcrübəyə tətbiqi”, “Tibb bacılarının peşəkar fəaliyyət standartları” başlıqlı 3 sessiyada Azərbaycan, Türkiyə və ÜST-nin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 14 məruzə dinləniləcək. Forum sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Forum proqrama uyğun olaraq tibb bacıları üçün nəzərdə tutulmuşdur.
Forum əyani olaraq Mərkəzi Gömrük Hospitalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
Forumda iştirak ödənişsizdir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 166
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 100
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4348
Sumqayıt Dövlət Univ...