Bazar ertəsi, 2 İyun, 2025

“TİPx: Gələcək Sən” adlı konfrans keçiriləcək


  • Dərc edildi: 12 Aprel, 2022 - 11:10
“TİPx: Gələcək Sən” adlı konfrans keçiriləcək

“TİPx: Gələcək Sən” adlı konfrans keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən 19 aprel tarixində Bakı Slavyan Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx: Gələcək Sən” konfransıkeçiriləcək.   Konfransın gündəliyinə daxil olan məsələlər bunlardır:  
  • Əmək bazarında hazırki vəziyyətin təsviri, bazarın xarakteri və tələbləri;
  • Gələcəyin tələb olunan sahələri və onların xarakterik xüsusiyyətləri;
  • Gələcəyin bacarıqları və onlara yiyələnmək yolları;
  • Universitet illərinin səmərəli keçirilməsi istiqamətində tövsiyələrin verilməsi və real təcrübələrin bölüşülməsi;
  • Tələbəlik illərində inkişaf etdirilməli bilik, bacarıq və səriştələr;
  • Universitet illərində karyera istiqamətini təyin etməyin vacibliyi vəsevdiyinizpeşəni tapmaq yolunda qarşıya qoyulan real məqsədlər.
  Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.   Qeydiyyat linki:https://t.ly/7cO0
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...