Bazar ertəsi, 2 İyun, 2025

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonduna (IFCD) layihələrin yazılması ilə bağlı məlumatlandırıcı sessiya


  • Dərc edildi: 15 Aprel, 2022 - 02:44
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fonduna (IFCD) layihələrin yazılması ilə bağlı məlumatlandırıcı sessiya

UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlıməlumatyaymışdır. Məlumatda Fondun 16 mart-15 iyun 2022-ci il tarixlərində dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir. Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir: - Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi; - 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi. Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir. Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir. Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi xüsusi onlayn təlim təşkil edəcəkdir.

  • Təlimin vaxtı: 28 aprel 2022-ci il, saat 15:00-18:00
  • Təlimin formatı: “online” (Microsoft Teams vasitəsilə)
  • Təlimin dili: ingilis
Təlimdə iştiraka dair müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://docs.google.com/forms/d/1XP3nxTwAQb2UrAkyZTDxO1tPvY0VPPQ8ZsaRARdZpFs/edit Son iştirakçı siyahısı UNESCO Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiqlənəckdir. Son müraciət tarixi: 21 aprel 2022-ci il, saat 12:00
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...