Bazar ertəsi, 2 İyun, 2025

“Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlim


  • Dərc edildi: 17 İyul, 2021 - 08:14
“Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlim

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil MərkəziDynamic Box şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) üzrə qısamüddətli təlimə ərizə qəbulunu elan edir.

Bu kursda iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də video oyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcəkdir.

İştirak üçün əsas meyarlar:

C# proqramlaşdırma dili üzrə ilkin nəzəri biliklərə və təcrübəyə malik olmaq;

Obyekt-Əsaslı Proqramlaşdırmanın (OOP) prinsiplərini bilmək;

Hər hansı versiyalandırma sisteminin istifadəsini bacarmaq (məs. Git);

IDE-lərlə işləmək bacarığı (məs. Visual Studio);

Mükəmməl problem həll etmə bacarığı;

Yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti.

Təlim müddəti: 4 ay

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Müraciətləri 31 iyul, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://forms.office.com/r/X5peDZ5CDr

Ətraflı:https://vet.edu.gov.az/az/news/1998

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...