Çərşənbə, 3 Sentyabr, 2025

Uşaq və yeniyetmə rəssamlar üçün virtual sərgi


  • Dərc edildi: 2 İyul, 2022 - 12:03
Uşaq və yeniyetmə rəssamlar üçün virtual sərgi

Ro digital art space, “Ritual Mobil Theater Laboratory” teatr platforması və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Animafilm Festival uşaq və yeniyetmə rəssamlar üçün virtual sərgidə iştirak etməyə açıq çağırış elan edir.
Sərginin əsas mövzusu “İqlim dəyişikliyi”dir. İqlim dəyişikliyi müəyyən dövrlərdə müşahidə edilsə də, son zamanlar bu proses insanların təbiətə güclü təsiri nəticəsində dünyada böyük dəyişikliyə səbəb olur. Təbii ki, qlobal istiləşmə, baş verən bu proseslər yaşadığımız planet üçün güclü təhlükə doğurur. Sənətçi, yaradıcı insanları bu mövzuda düşünməyə, planetimizi qorumağın vacibliyini, onun gözəlliyini göstərməyə çağırırıq.
Əsərləri iyul ayının 24-nə kimi aşağıda qeyd edilmiş qaydada bizə göndərə bilərsiniz.
Sərgi virtual məkanda baş tutacaq. İzləyicilər ANİMAFİLM festivalına gələrək VR eynəklər vasitəsilə sərgiyə daxil olub virtual məkanda gəzərək əsərlərlə tanış ola biləcəklər.
Mövzu: İqlim dəyişikliyi
Yaş: 5–17 yaş
Texnika: Şəkil formasında olan istənilən əsər qəbuldur (Yağlı boya, Rəsqəmsal əsər, Foto, Sulu boya və s.) Əgər işiniz heykəl, hansısa qab üzərində olarsa və ya bu kimi hallarda həmin işin uyğun olub-olmamasını dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlayın.
Son tarix: 24 iyul 2022
Əlavə: Hər bir şəxs yalnız bir iş göndərə bilər.
Eyni zamanda bu mövzuda təşkil olunan 4 müxtəlif təlimlərdə iştirak edə bilərsiniz. Təlimlər ödənişsizdir və bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/ZN3AkTnDuKcXBJsA8
Əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz:
+99455 514 69 89

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...