Bazar ertəsi, 2 İyun, 2025

“Usta oxçular” kimi hədəfin kəskin olsun!


  • Dərc edildi: 11 Oktyabr, 2021 - 08:16
“Usta oxçular” kimi hədəfin kəskin olsun!

“Usta oxçular” kimi hədəfin kəskin olsun! Şanlı Vətən Müharibəsi Zəfəri münasibətilə gənclər arası “Usta Oxçular” adlı turnir keçiriləcəkdir. Layihənin məqsədi:   Cəsur Azərbaycan sərkərdələrinin qədim döyüş sursatı olan oxçuluğu gənclər arasında təbliğ edilməsi Gəncləri oxatma üzrə olimpiya idman növünə cəlb edilməsi Kamandan ox atma bacarığının təkmilləşdirilməsi Bu istiqamətdə ümumi biliklərə yiyələnməsi xarakterini daşıyır.   Qeyd edək ki, “Usta oxçular” turniri Sabunçu Gənclər Evi (@sabunchu.ge), Gənclərin İnkişaf və Karyera Mərkəzi (@genclerin_inkisafi) və Azərbaycan Kamandan Oxatma Federasiyasının (@archery_azerbaijan) birgə təşkilatçılığı, Azərbaycan Oxatma Klubu (@archery_az), Azərbaycan Qılıncoynatma Federasiyası (@azerbaijanfencing), Cıdır Atcılıq Mərkəzi (@cidir.atciliq.merkezi) və Qolbaqlar Planetinin (@qolbaqlar.planetii) tərəfdaşlığı ilə həyata keçirilir Turnirdən öncə məşq prosesi baş tutacaq, iştirakçılar ox, kaman, hədəf o cümlədən zəruri oxçuluq ləvazimat və avadanlığı ilə təmin olunacaqdır. Yarış olimpiya oxçuluq qaydalarına uyğun şəkildə keçiriləcək, klassik kaman və oxlardan istifadə olunacaqdır. Vurğulayaq ki, məşq prosesi və turnir Azərbaycan Kamandan Oxatma Federasiyasının milli yığma üzrə peşakar məşqçiləri tərəfindən ərsəyə gələcəkdir.   Turnirdə 6 komandanın iştirakı nəzərdə tutulub. Hər komanda üzrə 4 iştirakçı olmaqla müvafiq olaraq 2 qız və 2 oğlan komanda şəklində birgə mübarizə aparacaqlar.   Layihədə iştirak etmək üçün 2 formada müraciət edə bilərsiz: Komanda şəklində Fərdi şəkildə   Komanda şəklində müraciət qaydası: 2 qız və 2 oğlan ol

maqla komanda şəklində qeydiyyatdan keçməlidir. (4 nəfər arasından kapitan seçilir. Kapitan özü və hər kəs adından qeydiyyat linki vasitəsilə müraciət edir) Fərdi şəkildə müraciət qaydası: Gənc fərdi şəkildə qeydiyyat linki vasitəsilə müraciət etməlidir   Qeyd: Fərdi müraciət edən şəxslər turnirə seçildiyi təqdirdə, qeydiyyatdan keçənlər arasında vahid komanda formalaşdırılacaqdır.   Qeyd️: Təcrübəsindən asılı olmayaraq hər bir gənc “Oxatma turnirinə” müraciət edə bilər (Təcrübəsi olmayanlar daxil). Bir daha diqqətinizə çatdırmaq istərdik ki, turnirdən öncə məşq prosesi həyata keçiriləcəkdir.   Qeyd: Yalnız müsahibə mərhələsinə keçən iştirakçılar ilə əlaqə saxlanılacaq.   Yaş həddi: 17-25   1,2,3 yerlərə yüksələn iştirakçılar sertifikat, hədiyyə və kuponlar ilə təltif olunacaqdır. Turnirin sonunda hər bir iştirakçıya sertifikat veriləcək, qalib gələn komandaya isə kubok təqdim olunacaqdır   “Usta oxçular” turniri 17 oktyabr Son qeydiyyat tarixi: 13 oktyabr   Qeydiyyat linki (Komanda şəklində) https://docs.google.com/forms/d/e/1FAIpQLSciLyz1WssyTn3HCxYgFse4QixCGW-dtpWF3YLYAooLkfmP-A/viewform   Qeydiyyat linki (Fərdi şəkildə) https://docs.google.com/forms/d/e/1FAIpQLSdX9xY0Rtws-s0M8AMTeIb_J-CIOOHXe7p15v69xCnonMJzUg/viewform   Ünvan: Sabunçu rayon, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91A Telefon: (012) 425-60-21 Mobil: +994 50 855 07 00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...