Salam! Biz – YIĞIM Payment System, müasir və təhlükəsiz ödəniş həlləri yaradan innovativ Fintex şirkətiyik. Biz sadəcə texnologiyalarla işləmirik – biz onları inkişaf etdirir və təkmilləşdiririk! Sən də bizimlə birlikdə sənayeni dəyişmək, möhtəşəm layihələr üzərində işləmək və gələcəyin ödəniş həllərini yaratmaq istəyirsənsə, deməli, bizə sən lazımsan!
Səndən gözləntilərimiz:
· Sorğuların idarə olunması və aidiyyatı üzrə yönləndirilməsi;
· Sorğuların statistik hesabatlarının hazırlanması;
· Müştərilərlə əks əlaqənin təmin olunması;
· Müştərilərdən daxil olan sorğuların və şikayətlərin qeydiyyatı və təhlili;
· Müştərinin şikayətlərini qeydiyyata almaq və aidiyyatı struktur bölmələrinə yönləndirmək;
· Müştəri məmnuniyyətinin ön planda tutaraq xidmət keyfiyyətli yüksək səviyyədə tutmalı və sürətli şəkildə geridönüş həyata keçirilməlidir;
· Müştəri məmnuniyyətinin statistik hesabatın aparılması;
· Şirkətin məhsulları və xidmətləri haqqında anlayışları və bilikləri inkişaf etdirmək və qorumaq;
· Daxil olan sorğuları “My Yigim” səhfəsində yoxlayıb texniki operatora yönləndirmək;
· Prosesinq mərkəzləri və emitent banklar ilə mütəmadi olaraq ödənişlərin statusları haqqında e-mailların göndərilməsi;
· Müştərilərlə bağlı bütün məlumatları təhlil etməli (imtina, təkrar olunan şikayətlər və narazılığa səbəb olan hallar, xidmətdən istifadənin dayandırılması və s.);
· Yaranmış müştəri kommunikasiya qruplara nəzarətin həyata keçirilməsi (zamanında sualların cavablanması və s.);
· Şöbəyə daxil olan məlumatları növlər üzrə “FAQ sistem”- inə (ən çox verilən suallar) daxil etmək;
· Müştəriləri məlumatlandırmaq və doğru yönləndirmək üçün davamlı olaraq proqram təminatı şöbəsi ilə kommunikasiyada olmaq və yeniliklər və ya dəyişikliklər barədə məlumatlı olmaq;
·&n bsp;Chargeback (vəsaitlərin geri qaytarılması) üzrə sorğuların cavablandırılması, statistik məlumatların aparıması və mühasibatlıq şöbəsi üçün hesabatın hazırılması.
Tələblər:
· Ali təhsil
· Təcrübə: Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi (müştəri xidmətləri sahəsində);
· Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst iş aparmaq qabiliyyəti, o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
· MS Office proqramlarından istifadə bacarığı;
· Məsuliyyətlik və operativlik.
Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Çevik iş qrafiki (5/2).
· Rəsmi əmək müqaviləsi.
· Peşəkar və karyera inkişafı üçün geniş imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni [email protected] e-mail ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb