Bazar ertəsi, 2 İyun, 2025

Vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi


  • Dərc edildi: 11 Avqust, 2021 - 05:48
Vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

Vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqənin vakansiya seçimi mərhələsi Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə 3-6 avqust tarixlərində keçirilib.
Seçimlərdə 2255 namizəd uğur qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb. Qeyd edək ki, cari vakansiya seçimi mərhələsində ilk dəfə olaraq informatika fənni üzrə imtahanlarda iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də seçim etmək imkanı verilib. Layihə üzrə vakansiyaya çıxarılan 166 vakant yerə proqram təminatı tətbiq edilməklə elektron şəkildə yerləşdirmə həyata keçirilib. Eyni zamanda namizədlərin şəxsi səhifəsində müsahibə mərhələsi ilə bağlı məlumatlar da qeyd olunub. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədləri təbrik edir və onlara müsahibə mərhələsində uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...