Cümə, 18 İyul, 2025

Xarici diplomların tanınması prosesi təkmilləşdirilir


  • Dərc edildi: 6 İyul, 2021 - 07:07
Xarici diplomların tanınması prosesi təkmilləşdirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici diplomların tanınması prosesini daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir. TKTA-danAZƏRTAC-a bildirilib ki, bununla bağlı olaraq, agentlik müasir dizaynda yeni veb-saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb. Agentlik silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha rahat müraciət edə bilməsi üçünwww.taninma.azkeçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər. Bildirilib ki, vətəndaşlar yalnız Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməlidir. Agentlik xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir, eləcə də bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Vətəndaşlar bu kimi hallarla rasltaşdı[email protected] poçt ünvanına müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 206
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 156
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 468
Bağçada tərbiyəçi-mü...