Şənbə, 19 İyul, 2025

“Yay məktəbi”nə qeydiyyat başlayıb


  • Dərc edildi: 8 İyun, 2021 - 10:48
“Yay məktəbi”nə qeydiyyat başlayıb

“Yay məktəbi”nə qeydiyyat başlayıb

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib.   Ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəblərində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) qeyd edilən tarixdən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər.   “Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər.   I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.   Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 1961
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 796
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 167
Bu gündən tələbələri...